Dünən Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Demokrat firqəsi tərəfindən Milli Hökumətin qurulmasının ildönümü idi. Güney Azərbaycanda bu münasibət müxtəlif tədbirlərlə qeyd edilir. Azərbaycanlı fəallar Azərbaycan bayrağını şəhərin ictimai yerlərinə asıblar.