Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycan

Bu gün Füzuli və Cəbrayıl rayonlarının işğalı günüdür

Azərbaycanın Füzuli və Cəbrayıl ustanlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 27 il ötür.

Füzuli ustanı 23 aqust 1993-cü ildə erməni nizami birləşmələri tərəfindən işğal edilib. Nəticədə 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk edib.
Ümumi sahəsi 139 393 hektar olan Füzuli ustanının qərb hissəsindən 125 368 hektar ərazi hələ də erməni işğalı altındadır. Ustanın işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var.
Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb.
Ustan 1988-ci ildən başlayaraq mütamədi olaraq ermənilərin hücumuna məruz qalıb. İşğal nəticəsində 1100-dən çox füzulili şəhid olub, 113 nəfər girov götürülüb, 1450 nəfər müxtəlif dərəcəli əlil olub.
Ərazisi 1050 km mürəbbə olan Cəbraylın Ermənistan Silahlı Qüvvələri tərəfindən tutulması ilə 72 mədrəsə, 8 mərizxana, 5 məscid, 2 muzə, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb.
Erməni işğalçıları ilə döyüşlərdə 180 nəfər vəfat edib. 14 polis, 60 mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 200-dək şəxs Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

Related Articles

Bir cavab yazın

Back to top button