İran

2021-ci ildə dünyada qeydə alınmış edamların yarısından çoxu İranda icra edilib

2021-ci ildə həyata keçirilmiş edamların sayı 2020-ci illə müqayisədə 20 faiz artıb. Bu barədə Beynəlxalq Əfv Təşkilatı məlumat yayıb.

Qurumun mayın 24-də yayılan illik hesabatında qeyd olunub ki, edamların artma səbəbi İranda ölüm hökmlərinin çoxalması ilə əlaqədardır. Ona görə ki, bu ölkədə 2021-ci ildə icra edilən edam hökmləri bütün dünyadakı ölüm hökmlərinin 54%-ni təşkil edib.

Hesabatda o da vurğulanıb ki, 2021-ci ildə dünyanın 18 müxtəlif ölkəsində ən azı 579 edam hökmü icra edilib ki, onun da ən azı 314-ü İranda qeydə alınıb.

Məlumatda sonda əlavə edilib ki, İranda gerçək edam sayının müxtəlif təşkilatlar tərəfindən araşdırılan bu rəqəmlərdən dəfələrlə çox olduğu ehtimal olunur.

Beynəlxalq Əfv Təşkilatının məlumatına görə, 2021-ci ildə İranda 246 edam faktı qeydə alındığı üçün bu əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artıb və ümumilikdə 2017-ci ildən bəri yeni rekorda çatıb.

Qeyd edək ki, bu hesabat İran hökumətinin verdiyi rəsmi statistikaya əsaslanıb.

İnsan haqları təşkilatları İranda icra edilən edam saylarının rəsmi istatistikadan daha çox olduğunu yazırlar.

Related Articles

Bir cavab yazın

Back to top button