2018-ci ildə müdafiə sənayesi şirkətləri silah satışından 420 milyard dollar qazanc əldə ediblər.
Bu barədə Stokholmun Dünya problemlərini araşdıran Beynəlxalq İnstitutunun (SİRPİ) yayılan növbəti hesabatında bildirilib.
Qeyd olunub ki, bu da 2017-ci ilə nisbətən 4.6% artım deməkdir. 2002-ci ildən bəri silah satışı və göstərilən hərbi xidmətlərin həcmi 2018-ci ildə 47 faiz artıb. 100 istehsalçıdan 80-i ABŞ, Avropa və Rusiyada yerləşir.
İlk dəfə olaraq reytinqdə ilk beş yeri yalnız Amerika şirkətləri tutub: Lockheed Martin, Boeing, Northrop Grumman, Raytheon и General Dynamics. Onların qazancı 148 milyard dollar təşkil edib.
Rusiya şirkətlərinə gəldikdə, onların silah satışından əldə etdikləri gəlir 2017-ci illə müqayisədə 0,4% azalaraq 36,2 milyard dollar təşkil edib.
27 Avropa şirkəti 2018-ci ildə silah satışlarını cüzi artıraraq 102 milyard dollar qazanc əldə edib. Burada Böyük Britaniyanın payı çoxdur. Belə ki, bu ölkənin şirkətləri silah satmaqla 35.1 milyard dollar vəsait əldə ediblər.
Ötən il silah, sursat və hərbi vasitələrin satışından Fransa şirkətləri 23.2 milyard, İsrail şirkətləri 8.7 milyard, Hindistan şirkətləri 5.9 milyard, Cənubi Koreyada yerləşən üç şirkət 5,2 milyard, Türkiyə şikətləri isə 2,8 milyard dollar gəlir əldə edib. (Report)