AzərbaycanDünyaİran

20 May Berlin “Azadlıq, Ədalət, Milli Hökumət” Mitinqi İlə Bağlı 3-cü Bəyanat

Bütün ictimaiyyatımıza məlum olduğu kimi, Avropada yaşayan Güney Azərbaycan, Qaşqayi, Xorasan və Türkmən Səhra Türklərinin ikinci “Azadlıq, Ədalət, Milli Hökumət” mitinqi 20 May tarixində Almaniyanın başkəndi Berlin şəhərində keçiriləcəkdir.
Millətimiz birinci Brüssel mitinqində böyük nailiyyət əldə etmiş; faşist, irqçi və sömürgəçi İran İslam rejiminə qarşı milli mübarizə tarixində yeni səhifə açmışdır. Yalnız İrandakı qanlı diktatorluğun millətimizə qarşı hər cür zülm və basqıları davam edərkən, inanırıq ki daha möhtəşəm keçəcək olan Berlin mitinqi ilə millətimizin haqq tələblərini daha yüksək səslə dünyaya çatdırmış olacağıq.
Berlin mitinqinin dəqiq məlumatları aşağıdakı kimidir:
Zaman: 20 May 2023 şənbə günü saat14:00
Başlanğıc toplanma yeri: Unter Der Linden – Staatsbibliothek
Hərəkət istiqaməti və mitinq alanı: Pariser Platez – Brandenburger Tor
Mitinq 14:45-dən 16:45-ədək Brandenburger Tor önündə davam edəcək.
Bu vəsilə ilə Avropada yaşayan bütün Güney Azərbaycan, Qaşqayi, Xorasan və Türkmən Səhra Türklərini, Quzey Azərbaycanlı və Türkiyəli bacı qardaşlarımızı, eləcə də İran rejiminin zülmünə məruz qalan bütün millətlərin fərdlərini bu mitinqdə iştirak etməyə dəvət edirik.

20 May Berlin “Azadlıq, Ədalət, Milli Hökumət” Mitinqi Koordinasiya Mərkəzi
04/05/2023

Related Articles

Bir cavab yazın

Back to top button