Dünya

135 tennisçi erməni mafiyasının təşkil etdiyi danışılmış oyunlarda ittiham olunur

135 tennisçi erməni mafiyasının təşkil etdiyi danışılmış oyunlarda ittiham olunur

Almaniyanın ZDF televiziyası və “Die Welt” qəzeti xəbər verir ki, dünya üzrə ən az 135 tennisçi danışılmış oyunlarda iştirak etməkdə şübhəli bilinir. Belə bir nəticəyə Belçika, İspaniya, Fransa və ABŞ-ın da daxil olduğu beynəlxalq araşdırmaçılar gəliblər. Danışılmış matçlarının araşdırılması hələ başa çatmayıb, nəticələr bir neçə aydan sonra təqdim oluna bilər.

Şübhəli şəxslərin siyahısına Peşəkar Tennis Oyunçuları Assosiasiyasına (ATP) görə dünyanın ən yaxşı 30 oyunçusu arasında yer alan bir tennisçi də daxil edilib.  O, bir neçə ATP turnirinin qalibi olub. İdmançının adı və titulları dəqiq göstərilmir. Siyahıda həmçinin soyadı açıqlanmayan alman tennisçi Maks X. də yer alıb. O, istintaqla əməkdaşlıq etsə də, hələlik ictimaiyyətə açıqlama verməkdən imtina edir.

Belçika federal prokurorluğundan verilən məlumata görə, tennis manipulyasiya sisteminin təşkilatçısı, yeddi Avropa ölkəsində fəaliyyət göstərən erməni mafiyası şəbəkəsidir. İstintaq iştirakçılarının bildirdiyinə görə, danışılmış matçlara mərc oyunlarında yüzlərlə kiçik məbləğdə pul qoyulub ki, onların ümumi məbləği on minlərlə avroya çatıb. Belçika prokurorluğu hesab edir ki, mafiya qrupuna oyunçularla təmas və çirkli pulların yuyulmasına cavabdeh olanlar da daxildir.

Related Articles

Bir cavab yazın

Back to top button