Bu barədə əXuzistan ərəblərinin hüquqlarını müdafiə edən “Karun” insan haqları təşkilatı məlumat yayıb.
Bildirilib ki, həbs edilənlər arasında bir neçə müəllim də var və başqa 5 müəllim isə dindirilmək üçün SEPAH-ın kəşfiyyat və təhlükəsizlik bölməsinə çağırılıb.
“Karun” insan haqları təşkilatı məhbusların alələrinə istinadən xəbər verib ki, təhlükəsizlik məmurları heç bir məhkəmə hökmü göstərmədən fəalları həbs edib və Abadan həbsxanasına köçürüb.
Qeyd edək ki, bir neçə gün əvvəl Xuzistanda həbs edilən fəallardan 28-nin kimliyini dəqiqləşdirmək mümkün olub.
Həbslərlə eyni vaxtda, yanvarın 11-də İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi (ETTELAAT) son günlər həbs edilən ərəb fəalları “casusluq” etdklərini iddia edib.