Məlumata görə, təşkilatların birgə bəyanatında yazılıb:
“Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə İran hökuməti ilə əməkdaşlıq edən BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsi narkotik_cinayətləri ilə bağlı edamların kəskin artmasına heç bir reaksiya göstərməyib. Bu idarə ötən il İran ilə yeni əməkdaşlıq sazişi imzalayıb”.
Qeyd edək ki, bu yaxınlarda Beynəlxalq Əfv Təşkilatı 2023-cü ildə İranda 853 nəfərin edam edildiyini bildirib və bunu son 8 ildə görünməmiş edam statistikası hesab edib.