
1400-cü ilin Şəhrivər ayının 3-ü təxminən 10 nəfər əmniyyət məmuru hüquqçu və məhkəmə vəkili Məhəmmədriza Fəqihinin mənzilinə qanunsuz girərək evini axtarıblar.
Təhlükəszlik məmurları Dadqüstərinin Mərkəz Kanunun vəkili və Zindanilərdən Difa Əncümənin üzvü hüquqçu Məhəmmədrza Fəqihinin mənzilinə hökm olmadan girərək 2 dəsqah şəxsi mubaylını, kompüterinin hard diskini və bir sıra
Pərvəndəni zəbt edib özləri ilə aparıblar.
Dadqüstəri vəkili Səid Xəlili bu barədə bildirib ki, Şəhrivər ayının 3-ü səhərçağı cənab Fəqihinin ailəsinin istəyi ilə onun vəkilliyini üzərinə görtmək üçün Evin Zindanının Məhkəməsinə müraciət edib, amma məsullar zindanın giriş qapısında ona deyiblər ki, “Fəqihi üçün vəkil də qəbul etmirik, eləcə vəsiqə ilə də azad etməyəcəyik.”.
Azərbaycanın milli-mədəni fəallarının birçoxunun , o cümlədən Lətif Həsəni, Yürüş Mehrəlibəyli, Əlirza Fərzşi, Əkbər Azad, Abbas Lisani habelə başqalarının müxtəlif zamanlarda vəkilliyini etmiş cənab Məhəmmədrza Fəqihi bi ilin Mordad ayının 23-ü Ana Yasanın 34-cü maddəsi barədə keçirilmiş bir cələsədə hüquqi toplantı keçirmişlər. Həmin qanun maddəsinə əsasən: “məhkəmədən haqqı tələb etmək hər bir fərdin haqqıdır, hamı haqqını istəməyə məhkəmələrə müraciət edə bilər. Millətin bütün fərdləri belə bir məhkəmələrdən istifadə etməyə haqları var və kimsəni hüququ olduğu məhkəməyə müraciət eməkdən çəkindirmək olmaz.”
Cənab Fəqihi cələsə keçirilərkən Məhkəmə İcraçıları cələsəyə girərək tutuqlanmış və Evin Zindanının İttilaat İdarəsinin 209 nömrəli Bazadaştqahına aparılmışdır. Məhəmmədrza Fəqihinin evində təftişdən sonra yeni durumu barədə hələ bilgi yoxdur.