
İrandan İravana yük aparan maşın Zəngəzurda dərəyə aşıb, maşının sürücüsü həyatını itirib.
Yük maşınının Zəngəzurun Mehri şəhəri yaxınlığındakı Liçk kəndində dərəyə yuvarlandığı bildirilir.
Hadisə dünən günorta saatlarında, Mehri-İrəvan yolunun 25-ci kilometrində baş verib.
Hadisə yerinə imdad və yardım qüvvələri yollanıb.
Bəlli olub ki, İrandan Ermənistan keçən qoşqulu yük maşını yoldan çıxaraq təxminən 500 metir hündürlükdən dərəyə düşüb. İran vətəndaşı olan sürücü hadisə yerində ölüb.
Bildirək ki, üzdə Azərbaycanla dost, qardaş olduğunu iddia edən, ancaq birinci və ikinci Qarabağ savaşında işğalçı Ermənistana hərtərəfli siyasi, iqtisadi və nizami yardımlar göstərən İran hökuməti Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra da bu əməlindən əl çəkmir. Belə ki, Azərbaycanın dəfələrlə etirazlarına baxmayaraq, Tehran Ermənistandan keçməklə Lazın koridoru üzərindən Qarabağa içərisində bilinməyən yüklər dolu maşınlar göndərməyə davam edir.