
Amerikanın müdafiə vəzirliyi bir bəyaniyyə ilə bildirib ki, Amerikanın prezidenti Co Baydenin göstərişi ilə, Amerikanın ordu qüvvələri İranın himayəsində olan yaraqlıların İraq ilə Suriya sınırı mövqelərinə hücum edib. Bu qərargahlar İranın himayə etdiyi yaraqlılar tərəfindən İraqda amerikalı qüvvələrə pəhpad hücumu üçün istifadə olunurdu.
Pentaqonun açıqlamasında, Amerikanın qüvvələri Tir ayının 7-i, biri İraqda, ikisi isə Suriyada olmaqla yaraqlıların bəzi əməliyyat təsisatı və silah anbarları mərkəzlərini də bombalayıb. İranın himayə etdiyi yaraqlılara havadan həmlələr üçün F-15 və F-16 qırıcıları istifadə olunub.
Bildirək ki, Co Baydenin prezidentliyə keçməsi vaxtdan indiyədək İranın himayə etdiyi yaraqlılara iki dəfə hücum edilib.