
Məlumata görə, 18 iyunda təhlükəsizlik məmurları Təbrizdə milli fəalın evinə basqın edərək onu naməlum yerə aparıblar.
Qeyd edək ki, insan haqları fəalı və dil hüquqları müdafiəçisi Əkbər Nəimi 2020-ci il yanvarın 22-də çalışdığı İranın milli hava yolları şirkətinin təmir bölməsində saxlanılıb.
Təhlükəsizlik qüvvələri daha sonra onun evinə gedib axtarış aparıblar. Fəalın şəxsi əşyaları, o cümlədən kompüteri və bəzi kitabları müsadirə olunub.
O, həbs olunduqdan sonra bir müddət Evin həbsxanasının 209-cu bölməsinin təkadamlıq kamerasında saxlanılıb.
O, sonra mülki girov qarşılığında məhkəməyə qədər müvəqqəti azadlığa buraxılmışdı.
Əkbər Nəimi əslən Xoydan olan tanınmış milli-mədəni fəal, eləcə də bir müddət öncə İran rejimi tərəfindən bağlanan “Günəbaxan Dərnəyi”nin təsisçilərindən biridir.