
Sentyabrın 12-də saat 13:00-da “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində ümumi çəkisi 6 kiloqram 210 qram narkotik vasitə olan marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bu barədə DSX-dən bildirilib.
Qeyd edək ki, əməliyyat-axtarış tədbirlərini Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Gömrük Komitəsinin əməkdaşları birgə keçiriblər.
Qeyd olunan fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.