
Aznews tv-nın xəbərinə görə, bu barədə Çilinin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Ukraynaya hücuma görə Çili hökuməti Rusiya şirkətlərinə 5-10 aprel tarixlərində keçiriləcək FİDAE aerokosmik sərgisində iştirak üçün göndərilmiş dəvəti ləğv edib.
Qeyd edək ki, FİDAE Latın Amerikasının ən böyük aerokosmik və hərbi sərgisi hesab edilir.