
“Bu saziş kommersiya əməliyyatları üçün milli valyutaların likvidliyini təmin etmək (mübadilə) məqsədilə imzalanıb. Gələn ayın sonuna kimi Rusiyanın “Mir” bank kartları İranda mövcud olacaq”, – deyə İran Mərkəzi Bankının rəhbəri Fərzin bildirib.
Onun sözlərinə görə, İranın “Şatab” ödəniş sisteminin də Rusiya Federasiyasında işə salınması planlaşdırılır.