
Əyalətin Su və Kanalizasiya Şirkətinin başçısı və Sərdəştin İran parlamentindəki nümayəndəsinin iştirakı ilə keçirilən toplantıda fərmandar hal-hazırda 100 kənddə içməli su problem yaşandığını deyib.
“Yağıntıların azalması və havaların istiləşməsini nəzərə alaraq qarşıdakı aylarda susuz kəndlərin sayının daha da çoxalacağı və böhranın dərinləşəcəyini deyə bilərəm”-deyə, Loqman Xosropur bildirib.
Problemin həlli ilə bağlı 58 milyard tümən vəsaitin ayrılmasının nəzərdə tutulduğunu deyən fərmandar, bunun bu günə kimi ödənilmədiyini və ödənilməyəcəyi riskinin yüksək olduğunu qeyd edib.