
Bu barədə Şərqi Azərbaycan əyalətinin Uşaq və Yeniyetmələrin İntellektual İnkişaf Mərkəzinin ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb.
Bu sərgidə 56 ölkədən 8062 əsər nümayiş etdirilib.
Onlardan 14-ü İranın Uşaq və Yeniyetmələrin İntellektual İnkişaf Mərkəzinin mədəniyyət və incəsənət bölmələrinin təmsilçilərinin əsərləridir.
Təbrizin 2 saylı Uşaq və Yeniyetmələrin İntellektual İnkişaf Mərkəzindən beynəlxalq festivalda iştirak edən Baharə Puryusifin əsəri festivalın seçilmiş əssərləri sırasında yer alıb.
Qeyd edək ki, bundan öncə 2021-ci ilin noyabr ayında Ərdəbil İncəsənət Mərkəzinin dörd şagirdinin işi Yaponiyanın “Sülh şəhəri” adlı 5-ci beynəlxalq rəsm müsabiqəsinin birinci mərhələsinə daxil edilmişdi.