
APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Telefon danışığı zamanı nazirlər Sudan Respublikasında baş verən son hadisələri müzakirə edərək, hərbi əməliyyatların və zorakılığın dayandırılmasının vacibliyini vurğuladılar”, – deyə bildirilib.
Qeyd olunub ki, ABŞ-Səudiyyə vasitəçiliyi “regionda gərginliyin azaldılması, həmçinin Sudanda təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün zəruri olan dialoqa yol açacaq”.