
Qarşılaşma yerli vaxtla saat 17:00-da Təbrizin Yadiqari İmam (Səhənd) stadionunda baş tutub.
Qarşılaşma 3-0 hesabı ilə Təbriz təmsilçisinin xeyrinə başa çatıb.
Bununlada 25 oyunda 58 xal qazanan “Traxtur” komandası turnir cədvəlində liderliyini qoruyub saxlaya, çempionluğa dahada yaxınlaşa bilib.
Qeyd edək ki, qarşılaşmanı stadion və stadiona ətrafı təpələrdən 100 mindən çox azərbaycanlı tərəfdar izləyib.