
Şərqi Azərbaycan valisi Zeynəlabdin Rəzəvi Xurrəm Azərbaycan Respublikasına səfərindən sonra qonşu ölkələrə ikinci səfərində sentyabrın 1-i səhər saatlarında əyalətin iqtisadi və ticarət fəallarından ibarət nümayəndə heyətinin müşayiəti ilə Ermənistana yola düşüb.
“Bu səfər əyalətin sərhəd imkanlarından istifadə edərək beynəlxalq əlaqələrin inkişafı istiqamətində və hökumətin bununla bağlı sərhədyanı əyalətlərə verdiyi səlahiyyətlər əsasında həyata keçirilir”-deyə, Vali İrəvana yola düşməmişdən qabaq Təbrizin “Mədəni” hava limanında jurnalistlərə müsahibəsində bildirib.
O, gömrük və nəqliyyat məsələlərinin müzakirəsi, iki ölkənin sərhədində ortaq ticarət və İran və Ermənistan arasında ortaq texnologiya şəhərciyinin yaradılmasına nail olmaq üçün bu ölkəyə səfər etdiyini deyib.
Şərqi Azərbaycan valisi səfər çərçivəsində Ermənistanın iqtisadiyyat, ekologiya, infrastruktur nazirləri və başqa bir neçə rəsmi şəxslə görüşəcəyini qeyd edib.