
Pakistanın şimalında helikopter qəzası baş verib.
Məlumata görə, hadisə nəticəsində dörd nəfər həlak olub. Onlardan ikisi pilot, ikisi isə hərbçilərdir.
Qeyd edilir ki, helikopter əsgərin meyitini hospitala aparırmış. Hadisəyə texniki nasazlıq səbəb olub.