
ABŞ və Böyük Britaniyanın xarici işlər nazirləri birlikdə İranda nümayişçilərə dəstək verdiklərini açıqlayıblar.
İranda baş verən hadisələr bu iki diplomatın yanvarın 17-də Vaşinqtonda müzakirə etdiyi mövzulardan biri olub.
“Biz gənc qadınlar başda olmaqla, öz fundamental hüquqlarını müdafiə edən cəsarətli iranlıların yanındayıq, belə qeyri-adi repressiyalara qarşı duracağıq”,- deyə, onlar bildiriblər.
Hər iki diplomat ölkələrinin tətbiq etdiyi sanksiyalardan başqa, diplomatiyaya da önəm verdiklərini qeyd ediblər.