
Bu barədə Urmiyanın parlamentdəki nümayəndəsi Salman Zakir açıqlama verib.
O, bildirib ki, məktubda Urmiya gölünün bərpası üçün Xəzər dənizi və Türkiyənin Van gölündən su nəqli layihəsinin təsdiq edilməsi istənilib.
Qeyd edək ki, son məlumata görə, Urmu gölünün 96%-i quruyub və hökumətin gölün bərpası ilə bağlı vəd verdiyi layihələr həyata keçirilməyib.