
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransız həmkarı Emmanuel Makronla apardığı danışıqlardan söz açıb. “Biz fransız həmkarım Makronla çox yaxşı danışıqlar apardıq, ikitərəfli münasibətləri, bölgəsəl və beynəlxalq problemləri müzakirə etdik”, -deyə Ərdoğan bildirib. Türkiyə lideri ölkələr arasında münasibətlərin böyük potensialı olduğunu vurğulayıb. O, elecə də bildirib ki, rəsmi Ankara Parislə terrorizmlə mübarizə məsələsində birlik göstərəcək.