
Sulduzda taksi fəaliyyəti göstərən şəxslərin gəliri azalıb.
Sulduz şəhrdarı Mehdi Sərvətin dediyinə görə virus yayqınlığı səbəbindən bu şəhərdə taksilərinin gəliri yüzdə 50 azalıb.
Şəhərdə gediş-gəliş azalıb. Bu isə taksi istifadəçlərin sayına öz təsirini göstərib. Sulduzda 417 taksi şəhər içində, 265 –i telefon taksisi, 67 si isə Sulduz-Məhəmmədyar məsirində çalışır. Şəhrdarın dediyinə görə taksi şoferlərinin yüzdə 70-nin tək gəlir qaynağı bu işdir. Onlar ciddi maddi müşkülə düşüb.
Mehdi Sərvət-in dediyinə görə Korona virusu böhranından öncə gün ərzində şəhər içi taksilərdən 120 və telefon taksilərində 20 servis iş olurdu. Hazırda onların sayı 60 və bəzi hallarda 10-a enib.
Mehdi Sərvət habelə şəhərdəki 10 yaş üstü taksilərin yenilənməsi məsələsinə də toxunub. Məlum olub ki, maşınlarının yüzdə 60-nın yenilənməsi lazımdır.