
İran mətbuatının verdiyi məlumata görə, Musa Babaxani İraqın şimalında, Ərbil şəhərində qaldığı hoteldə öldürülüb.
Məlumatda sui-qəsdin kimlər tərəfindən törədildiyi bildirilmir.
“Babaxani naməlum qrup tərəfindən qətlə yetirildi”-deyə, xəbərdə qeyd olunur.
Qeyd edək ki, Musa Babaxani “İran Kürdüstanı Demokrat Partiyası”nın rəhbərliyində təmsil olunub.
Bir neçə il öncə partiyadaxili ixtilaflara görə, partiyadan ayrılaraq başqa qanada- “Kürdüstan Demokrat Partiyası”na keçib və bir müddət sonra onun rəhbərliyinə seçilib.
Partiya siyasi fəaliyyətlə yanaşı silahlı fəaliyyətdə göstərir. İraq və Türkiyədə silahlı kürd qruplaşmaları ilə əməkdaşlıq edir.