
Bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) “Kütləvi Qırğın Silahları ilə Mübarizə Strategiyası” adlı sənədində qeyd edilib.
Sənəddə İran və Şimali Koreya “daimi təhdidlər”, Çin “artan təhdidlər”, Rusiya isə “kəskin təhdidlər” siyahısında təqdim edilir.
“İranın hazırda nüvə silahı proqramını davam etdirmədiyi qiymətləndirilir, lakin bu ölkə 2 həftədən az müddətdə nüvə silahı istehsalı üçün xammala malikdir”, – sənədin İranla bağlı bölməsində bildirilib.
Sənədin Şimali Koreya ilə bağlı bölməsində isə deyilir: Artan potensialla bağlı inkişaflar Şimali Koreyaya münaqişənin istənilən mərhələsində nüvə silahından istifadə etməyə imkan verir.
Qeyd edək ki, Pentaqon bu sənədi ilk dəfə 2014-cü ildə dərc edib.