
Hadisə şahidlərinin “Reuters” agentliyinə verdiyi məlumata görə, 8 sentyabr, səhər saatlarında iranlı diplomatlar dəmir çələkdə sənədləri yandırmağa başlayıblar.
İyul ayında Albaniyanın hökumət infrastrukturuna edilən kiberhücumdan sonra sentyabrın 7-də baş nazir Edi Rama Albaniya ilə İran arasında siyasi əlaqələrin kəsildiyini elan edib.
Bildirib ki, İranın Albaniyadakı bütün diplomatları və səfirliyinin əməkdaşları 24 saat ərzində ölkəni tərk etməlidirlər.