
Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində 2 yaşlı Salman Dərkeşide və 4 yaşlı Homeyra Dərkeşide həyatını itirib.
Bununla yanaşı öldürülən uşaqların anası Cəmilə Dərkeşidə, onun 17 yaşlı qızı Əsma Dərkeşide və 19 yaşlı başqa qadın Lalukan Beşkufə ağır yaralanıb.
Qeyd edək ki, SEPAH etnik bəlucların silahlı təşkilatı olan “Ceyş əl-Ədl”in qərargahını hədəf aldığını iddia edib.
SEPAH-ın bir gün əvvəl İraqın şimalındakı Ərbil şəhərinə hava zərbələri nəticəsində də, biri uşaq olmaqla 5 mülki şəxs öldürülüb, 6 mülki şəxs yaralanıb.