
Güney Azərbaycanın Təbriz şəhərindən olan milli fəal Ruzbeh Piri cərimə cəzasına məhkum edilib. Bu barədə Təbrizin ikinci Keyfəri Məhkəməsi hökm çıxarıb. Fəal əmniyyət məmurları tərəfindən qardaşı Yaşar Piriyə verilən işgəncə barədə məlumat yaydığına görə, Təbrizin ikinci Keyfəri Məhkəməsinin 103-cü bölməsi tərəfindən 5milyon tümən cərimə edilib.
103-cü bölmənin Qa:zisi Mikayıl Vətənxahın verdiyi qərar Ruzbeh Pirinin vəkili Hüseyn Yusifiyə bildirilib. İslami cəza qanununun “sanal cürmlər” bölməsinin 746-cı maddəsinə əsasən, milli fəal “yalan məlumatlar yaymaq”da ittiham edilib.
Məlumata görə, ordibehiştin 22-də Təbrizin ikinci Keyfəri Məhkəməsinin 103-cü bölməsi tərəfindən keçirilən məhkəmədə “Sepah”ın İttilaat bölməsinin iki hüquqi nümayəndəsi də iştirak edib.
Qeyd edək ki, milli fəal Ruzbeh Piri qardaşı Yaşar Pirinin saxlanılması və basqılara məruz qalması ilə bağlı yayınladığı bilgilərə görə avrilin 3-də Təbriz şəhərinin Ümumi və İnqilab Dadistanlığının 16-cı şöbəsinə çağırılıb. Həmin tarixdə milli fəal “sistemə qarşı təbliğat aparmaq” və “yalan məlumatlar yaymaq” ittihamları ilə təqsirləndirilib. Ruzbeh Piri dindirildikdən sonra 80 milyon tümən vəsiqə qarşılığında məhkəməyə qədər müvəqqəti azadlığa buraxılıb.
Bildirək ki, Yaşar Piri fevriyyənin 21-də şəxsi geyimli məmurlar tərəfindən saxlanılıb. Tutuqlanan zaman və infiradidə olarkən o, işgəncə edilərək döyülüb.
Mədəni fəalın sağlıq durumu ağırlaşdığından o, 3 gün infiradidə saxlanıldıqdan sonra 50 milyon tümən vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb və Təbrizin İmam Riza Mərizxanasına yerləşdirilib. Onun qardaşı Ruzbeh Piri bu barədə ictimai şəbəkədə bir neçə məlumat paylaşıb.