Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycan

Əhərdə fermerlər etiraz aksiyası keçiriblər

Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində bir qrup fermer və əkinçi etiraz aksiyası keçirib.

Kənd Təsərrüfatı İdarəsinin qarşısına toplaşan narazılar fəaliyyətlərini davam etdirmək üçün lazım olan məhsulları əldə edə bilmədiklərini deyiblər.

Etirazçılar müxtəlif bölgələrdən gəldiklərini və hər dəfə müxtəlif bəhanələrlə əli boş yola salındıqlarını deyib.

Problemlərinin həlli ilə bağlı heç bir addım atılmadığından narazılıqlarını bildiriblər.

Fermer və əkinçilər onlar üçün qanunla nəzərdə tutulmuş kvotanın qara bazara ötürüldüyünü, buna nəzarət etməli olan qurumların tədbir görmədiklərini söyləyiblər.

Related Articles

Bir cavab yazın

Back to top button