
İmaratda iki İran şirkəti və bir şəxs Amerikanın təhrimlər listinə salınıblar. Belə ki, onlar İranın “Mahan” hava yolları şirkətinə xidmət göstərdiyi üçün təhrimlər listinə əlavə edilib.
Mordadın 29-da Amerikanın Xəzanədarlıq Vəzirliyindən məsələyə münasibət bildirilib. Məlumata görə, həmin şirkətlər “Partia” yükdaşıma və “Delta” yədək qətələrinin təmini şirkətləridir. Amerika habelə “Partia” şirkətinin müdiri və ya nəzarətçisi olan Əmin Məhdəvi adlı iranlını da təhrim edəcək.
Bildirək ki, bu ilin tir ayında Amerika bəziləri İmaratda yerləşən İranın polad şirkətlərini təhrim edib.