Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

İran parlamentində koronovirus yayılıb

Onlarla millət vəkilinin koronovirusa yoluxduğu bildirilir.

İran parlamentinin rəyasət heyətinin üzvü Əlirza Səlimi mediaya verdiyi açıqlamada parlamentin 50 nümayəndəsinin koronovirusa yoluxduğunu bildirib.

Keçən həftənin çərşənbə axşamı və çərşənbə günü keçirilən açıq dinləmələr Omikronun önəmli dərəcədə yayılması səbəbindən ləğv edilmiş, 30-45 arası parlament üzvünün Omikron virusuna yoluxduğu bildirilişdi.

İran Səhiyyə Nazirliyinin son statistik məlumatlarına görə, koronovirusun Omikron ştammının yayılması ilə yüksək təhlükə göstəricisi qırmızı qrupa aid şəhərlərin sayı 140-ə yüksəlib.

İran hğkumətinin verdiyi rəsmi statistikaya görə, pandemiyanın başlamasından bu günə kimi ölkədə 6 milyon 500 min nəfərdən çox insan koronovirusa yoluxub. 132 min nəfərdən çox insan xəstəlik səbəbindən həyatını itirib.

Bir çox qeyri-rəsmi qaynaqlar və müstəqil tibbi mərkəzlər İran hökumətinin verdiyi rəqəmlərin doğru olmadığını, COVİD-19-a yoluxan və ölənlərin sayının daha çox olduğunu bildirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button