
Ərdəbilin Fatimi mərizxanasına muraciət edən məlul mərizlər ciddi çətinliklə üzləşirlər. Yerli əhalinin sözlərinə görə, mərizxananın Urjans bölümünün giriş bölümündəki qar vaxtında təmizlənmir və buza çevrilir. Bu durum bir çox yaşlı məriz ilə onların həmrahları üçün çətinlik yaradır. Onurğa yaxud noxa müşkülü olan mərizlər anbulasdan endirilib çarxlı brankardlarla gərəkən bölümə daşınarkən ciddi xəsarətlər alırlar. Qeyd edək ki, mərizlərin həmrahlarının etirazları hərasət tərəfindən sərt şəkildə qarşılanıb və onları ərazidən uzaqlaşdırıblar.
edited