
“Aşağıdakıları qeyd etmək istərdim: müasir beynəlxalq hüquq BMT Nizamnaməsidir. Nizamnamədə təsbit olunmuş iki əsas prinsip indi bir-biri ilə ziddiyyət təşkil edir. Bu, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququdur.
BMT-nin qurucu ataları bu anı nəzərə almadı, ola bilsin, bu, qəsdən kompromis kimi təqdim edilib.
BMT Nizamnaməsinin xalqların öz müqəddəratını təyinetmə hüququ ilə bağlı prinsiplər rəhbər tutulsa, dünyada BMT-yə üzv olan 193 dövlət əvəzinə 500-600-dən çox dövlət peyda olacaq.
Əlbəttə, bu, xaos yaradacaq. Bu səbəbdən biz nə Tayvanı, nə Kosovanı, nə Cənubi Osetiyanı, nə də Abxaziyanı tanıyırıq. Görünür, bu prinsiplər kvazi-dövlət ərazilərinə də şamil olunacaq. Fikrimizcə, bu prinsiplər Luqansk və Donetskdir”, – Tokayev əlavə edib.