
Rusiya şirkəti “Qazprom” və İran Milli Qaz Şirkəti (NIGC) Rusiya qazının İrana tədarükünün təşkili üzrə strateji memorandum imzalayıb.
Memoranduma görə, Rusiya təbii qazının İrana boru kəməri ilə nəqlinin təşkili işlənib hazırlanacaq. Səfər çərçivəsində Aleksey Millerlə İranın neft naziri Cavad Ouci arasında işgüzar görüş də baş tutub.
Tərəflər memorandumun həyata keçirilməsi üçün prioritet addımları və enerji sektorunda əməkdaşlığın digər sahələrini müzakirə ediblər.