
Bu barədə Qəzvin əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin başçısı Əlirza Xəzaili mediaya verdiyi açıqlamada bildirib.
Xəzaili saxlanılan 2 nəfərin Qəzvin yaxınlığında tarixi məkanlardan birində, başqa 3 nəfərin isə şəhər içində yerləşən tarixi yerdə qanunsuz qazıntı işləri apardıqları zaman saxlanıldıqlarını açıqlayıb.
O, qaçaqmalçılara məxsus qazıntı avadanlıqlarının müsadirə olunduğunu və 5 nəfərin barələrində cinayət işinin açılması üçün məhkəmə orqanlarına təhvil verildiklərini bildirib.