
Bu çayın çirklənməsinin əsas səbəblərindən biri də Ərdəbil sənaye şəhərciyindən kanalizasiyanın və sənaye tullantılarının daxil olmasıdır. Bu şəhərcikdə gecə növbəsində işləyən fəhlələr, əsasən, çaya atılan lil və sənaye tullantılarının iyindən şikayətlənirlər.
Bir neçə həftə əvvəl Nemin prokuroru Şahi demişdi: “Təəssüf ki, yağış yağmadığından Qarasu çayında su quruyub və çayda yeganə axan su sənaye zavodlarından atılan çirkli tullantı sularıdır. ”
Uzunluğu 210 km olan Qarasu çayı əsas məhsulları kartof, çuğundur və buğda olan Ərdəbil ətrafındakı 100-dən çox kəndi kənd təsərrüfatı suyu ilə təmin edir.
Ərdəbil vilayəti İranda mədə xərçəngi və digər mədə-bağırsaq xəstəlikləri üzrə birinci yerdədir.