
Tərtər rayonunda hərbi sursat partlayıb.
Aznews.tv Redkator.az-a istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.
Əl qumbarasının partlaması nəticəsində 1991-ci il təvəllüdlü Hüseynli Elmir Bəkir oğlu ölüb,1967-ci il təvəllüdlü Abbasov Fikrət Musa oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Aznews.tv