
Dövlət Mərz Xidməti dövlət sərhəddinin mühafizəsinin təmin edilməsi sahəsində tədbirləri davam etdirir.
Dövlət Mərz Xidmətinin məlumatına görə, juənin 17-si Cəlilabad Şəhristanının Kürünc kəndi yaxınlığında 3 nəfər naməlum şəxs İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət mərzini pozub.
Mərz pozucularının silah və gecə görmə dəsgahları ilə silahlanması, onlardan birinin üzərində içərisində müxəddirə maddə olması ehtimal edilən 1 ədəd böyük kisədə yük müşahidə edilib.
Mərz qüvvələri tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Lakin onlar əmrə tabe olmayıblar. Mərz qüvvələrinə qarşı avtomat silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.
Mərz qüvvələri tərəfindən “Azərbaycan Respublikasının dövlət mərzi haqqında” qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunub. Mərz pozucularından biri güllə yarası alıb və İrana qaçmaq məqsədilə mərz çayı olan “Bolqarçay”ı keçərkən suda ölüb. Mərz pozucusunun cəsədi İran mərzçiləri tərəfindən sudan çıxarılıb. Digər mərz pozucuları ərazinin sıx meşəlik, hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri qaçıb. Lakin İran mərzçiləri tərəfindən öz ərazilərində saxlanılıblar.
Hadisə yerində Azərbaycan və İran mərz məqamlarının görüşü keçirilib.