
Rəsmi Ankara ABŞ Senatının 1915-ci il erməni hadisələrini “soyqırımı” kimi tanıyan qətnaməni qəbul etməsini “tarixin necə siyasiləşdirilə biləcəyinin utancverici örnəklərindən biri” adlandırıb.
Türkiyə XİN sözügedən qərarın “Türkiyə-ABŞ münasibətlərinin inkişafı istiqamətindəki səyləri iflasa uğratmağı hədəfləyən bir təşəbbüs” olduğunu qeyd edib.
“ABŞ senatının 1915-ci il hadisələri ilə bağlı 12 dekabr 2019-cu il tarixli qərarı istənilən tarixi bilgi və hüquqi əsasdan məhrumdur”, – XİN-in bəyanatında deyilib.
XİN bəyanatında, həmçinin, Türkiyənin bundan sonra da bölgəsindəki həyati vacib maraqlarını qorumaq üçün apardığı mübarizəni bu cür haqsız və əsassız qərarlardan təsirlənmədən qərarlılıqla davam etdirəcəyi vurğulanıb.