Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

İran Futbol federasiyası haqsızlığa məruz qalan “Traxtur” komandasını da cəzalandırır

İran Futbol Federasiyası yanvarın 26-da “Traxtur” və “Perspolis” komandalarının Tehranda keçirilən yarışında türkləri təhqir edən Perspolisi cəzalandırmaq yerinə baş verənlərə görə hər iki komandaya cəza qərarı çıxarıb.

Qərara görə, növbəti mövsümdə iki komandanın yarışı tamaşaçılarsız keçiriləcək.

Bununla yanaşı Futbol Federasiyası “Traxtur” tərəfdarlarının “Perspolis” tərəfdarlarına xəsarət yetirdiyi iddiasına görə, Təbriz təmsilçisinin cərimələnməsi barədə də qərar çıxarıb.

Bu, “Traxtur” Futbol Klubunun narazılığı ilə qarşılaşıb və klub federasiyanın qərarının ədalətsiz və qərəzli olduğunu bildirib.

“Təcili Tibbi Yardım Mərkəzinin verdiyi hesabata görə, o gün stadionda yaralanan 33 nəfərin hamısı “Traxtur” tərəfdarı olub. İran Futbol Federasiyasının çıxardığı bu qərar, gələcəkdə oxşar hadisələrin baş verməsinə zəmin yaradır”,- klubun yaydığı bəyanatda bildirilib.

Qeyd edək ki, irqçi fars rejim hər zaman Azərbaycan türklərinə qarşı düşmən münasibəti bəsləyib. Bu qərar da həmin prinsipdən kənarda olan qərar deyil.

Related Articles

Bir cavab yazın

Back to top button