
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərin normallaşdırılması çərçivəsində xüsusi nümayəndə təyin edib.
“Aznews tv” xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BƏƏ-yə (İmarat) səfərindən sonra dekabrın 15-də jurnalistlərə açıqlamasında Ankara-İrəvan münasibtləri ilə bağlı bunları deyib: “Prezident Rəcəb Tayyib Ərdoğanın təsdiqi ilə Vaşinqtondakı keçmiş səfirimiz Sərdar Kılıç Ermənistanla münasibələrin normallaşdırılması üçün xüsusi nümayəndə seçirilib və o, öz fəaliyyətinə başlayacaq”.
O əlavə edib: “Digər tərəfdən Türkiyə və Ermənistan Hava Yolları Şirkətləri qarşılıqlı uçuşların başlanması üçün qarşı ölkələrə gedib və danışıqlar başladıblar. Məsələ ilə nəqliyyat nazirimiz maraqlanır”.
Çavuşoğlu, habelə atılan bu addımların “3+3” formatında əməkdaşlıq çərçivəsində bölgədə sülh və sabitliyə səbəb olacağına ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, Çavuşoğlu daha öncə Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılmasında Azərbaycanla koordinasiyalı hərəkət edəcəyini deyib.