
Azərbaycan Cümhuriyyətinin Ermənistan ilə dövlət mərzində düşmənin təxribatları davam edir. Bu barədə Azərbaycan Cümhuriyyəti Dövlət Mərz Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, fevriyənin 2-si saat 05:00 radələrində Ermənistan silahlı qüvvələrinin Qazax şəhristanının işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmələri tərəfindən həmin yöndə dövlət mərzinin difa və mühafizəsini həyata keçirən Dövlət Mərz Xidmətinin mərz-döyüş məntəqəsinə doğru müsəlsəl silahdan 20 dəfə atəş açılmaqla atəşkəs rejimi pozulub.