
“İyulun 6-dan bəri ilk dəfə olaraq heç bir tərəf yeni ərazilərdə nəzarəti ələ keçirməyib. Rusiya qüvvələri uğursuz və lokal əməliyyatlar həyata keçiriblər.
Rusiya mənbələri Kerç körpüsü yaxınlığında Ukraynanın PUA-sının vurulduğunu iddia edirlər. Ukrayna Prezident Ofisinin nümayəndəsi Mixaylo Podolyak daha əvvəl bildirmişdi ki, həmin körpü qanunsuz tikilib və məhv edilməlidir.
Biz PUA-nın, həqiqətən vurulub-vurulmadığını hələ ki, dəqiqləşdirə bilmirik”.
Müharibə Tədqiqatları İnstitutu Ukraynanın Rusiyanın Krımdakı hərbi obyektlərinə zərbələr endirəcəyini proqnozlaşdırır:
“Çox güman, bu zərbələr davam edəcək. Bu, Rusiyanın logistika imkanlarını və Dnepr çayının qərb sahilində əməliyyatları davam etdirmək imkanını zəiflətmək üçün lazımdır”.