
Ukraynanın xarici işlər vəziri Dmitri Kolba mətbuat konfransında bildirib ki, İran nümayəndə heyəti çərşənbə və cümə axşamı günü Ukrayna gələcək. Beləliklə, keçən ilin dey ayında uçağın raketlə vurulmasına görə ğəramət ödənişi məsələləri müzakirə olunacaq. “Bütün dəlillər göstərir ki, İran törətdiyi əmələ görə ən yüksək qiyməti ödəməlidir” deyə Kolba əlavə edib. Vəzir ölkəsinin danışıqlara olaydan əziyyət çəkmiş ölkələr və qruplar adından qatılacağını bildirib. O, dəyən zərərin miqdarı ilə bağlı şərh verməkdən imtina edib. “Bu rəqəmlər danışıqlardan sonra təyin ediləcək” deyə vurğulayıb.
Xatırladaq ki, “Ukrayn İnternational” uçağında olan 176 nəfər olay nəticəsində vəfat edib.