
BMT-nin məlumatına görə, hazırda dünyada 2 milyarda yaxın insanın içməli suya çıxışı yoxdur, lakin gələcəkdə vəziyyət daha da pisləşəcək. “Dünya Resursları İnstitutu”nun proqnozuna görə, 2040-cı ilə qədər daha çox ölkə su böhranı ilə üzləşəcək, onlardan biri də İran olacaq.