
Gürcüstanda son 24 saat ərzində yeni növ koronavirusa 3 071 tutulma faktı qeydə alınıb, 34 nəfər ölüb. Bu barədə Gürcüstan Qurumlararası həmahəngi Şurası məlumat yayıb. Bununla da qonşu ölkədə koronavirusa tutulanların sayı 114 889 nəfərə, ölənlərin sayı isə 1085 nəfərə çatıb. Virusa tutulanlardan 95 581 nəfərin sağaldığı bildirilir