Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

İranlı qaçqın Amerikada xəstəxanaya hücum edib

Onun 3 tibb işçisini yaraladığı bildirilir.

“Associated Press”in yaydığı məlumata görə, Amerikada yaşayan iranlı mühacir iyunun 3-də Los Ancles şəhərinin şimalında yerləşən “İnsino” xəstəxanasına hücum edib.

Amerika polisinin tvitter hesabında hücumla bağlı paylaşım edilib və 35 yaşlı iranlı Əşkan Əmirüleymaninin bir həkim və iki tibb bacısını bıcaqladığını yazıb.

Məlumatda onun həbs olunduğu, barəsində araşdırmalar aparıldığı və müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılması üçün 3 milyon dollar girov istənildiyi qeyd olunub.

Polisin yaydığı məlumatda iranlı terrorçunun hücumdan məqsədi barədə hər hansı açıqlama verilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button