
Toyvo Klaar bu barədə tviter hesabında yazıb.
O, bunu əhəmiyyətli humanitar jest adlandırıb və təhvil-təslim prosesinin vasitəçilər olmadan baş tutmasını diqqətəlayiq sayıb.
Qeyd edək ki, Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti
ilə Ermənistanın baş naziri arasında keçirilən görüşdə aparılmış müzakirələrin nəticəsində əldə edilmiş ikitərəfli razılaşmaya əsasən, sentyabrın 8-də 5 nəfər Ermənistan hərbçisini azad edib və Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil verib.
Qyed edək ki, Ermənistana təhvil verilən hərbçilər bunlardır:
– Aqramanyan Martin Muşeqoviç – 23.05.1997-ci il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;
– Gevorkyan Aşot Artakoviç – 30.06.1997-ci il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;
– Qriqoryan Feliks Arşakoviç – 23.12.1996-cı il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;
– Manukyan Varazdat Amuşavan – 07.07.1990-cı il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;
– Hovsepyan Edik Tiqrani – 02.08.1999-cu il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı. (report)